​Nardaranda növbəti dəfə silah-sursat tapılıb

​Nardaranda növbəti dəfə silah-sursat tapılıb Silahlar birgə əməliyyat nəticəsində götürülüb
Hadisə
233
18 Dekabr , 2015 11:12
​Nardaranda növbəti dəfə silah-sursat tapılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapılıb.

“Report” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi