Bakı. 23 iyul. REPORT.AZ/ Nardaran sakinləri silahlarını könüllü şəkildə polisə təhvil verib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Azər Kazımov “TOZ-34” markalı tüfəngi, əvvəllər məhkum olunan Ramin Dadaşov isə “F-1” qumbara və 80 ədəd müxtəlif çaplı patronu könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.