Yuxarı

Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin həbs müddəti uzadılıb

Nəsimi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib

Bakı. 15 iyul. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı Lənkəranda tutulan Elman Seydəmir oğlu Ağayevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə "Report"a E.Ağayevin vəkili Akif Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, E.Ağayevin barəsində seçilən həbs qətimkan tədbiri 3 ay 25 gün müddətinə uzadılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci ilin noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırov başda olmaqla cinayətkar dəstənin onlarla üzvü saxlanılaraq istintaqa təqdim edilib. 

Xatırladaq ki, E.Ağayev Nardaran hadisələri ilə bağlı Lənkəran şəhərində həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi