​Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin məhkəməsi başlayıb

​Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin məhkəməsi başlayıb Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Hadisə
30 Mart , 2016 13:50
​Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin məhkəməsi başlayıb

Bakı. 30 mart. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfər şəxsin cinayət işi üzrə məhkəmələrinin hazırlıq iclasları başlayıb.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxslərin işinə ayrı-ayrılıqda baxılır.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işlər baxış iclasına verilib.

Qeyd edək ki, Nardaran sakinləri olan təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. 

Son xəbərlər

Orphus sistemi