Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülağa Əmiraslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası avqustun 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Abşeron rayonu Xırdalan şəhərində baş verib.
Mağazalardan birində 28 yaşlı Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 15 yaşlı Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb.
İlkin məlumata görə, mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
G.Əmiraslanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.