Müğənni Vüqar Muradov qəzaya düşməsi xəbərini təkzib edib

Hadisə
  • 09 yanvar, 2020
  • 17:49
Müğənni Vüqar Muradov qəzaya düşməsi xəbərini təkzib edib

“Hazırda atamın Qax rayonundakı evindəyəm, sağ-salamatam”

Bu barədə "Report"un Şimal-qərb bürosunun müxbirinə müğənni Vüqar Muradov özü məlumat verib.

O, bildirib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir: “Ailə üzvlərimizlə oturmuşuq. Həmin hadisə ilə bağlı sosial şəbəkədən məlumat almışam. Qəza xəbərində yayılan fotonun mənə oxşarlığı var. O cümlədən qəzaya düşən şəxsin adı Vüqar, soyadı da Muradovdur. Belə oxşarlıq sadəcə bir təsadüfdür. Yenə də deyirəm - hazırda doğulub boya-başa çatdığım Qax rayonundayam”.

Qəzaya düşən Muradov Vüqar Fikrət oğludur. Müğənni Vüqarın atasının adı isə Qüdrətdir.

Qeyd edək ki, sosial şəbəkələrdə mügənni Vüqar Muradovun qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

44 filmi