Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib

Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib 38 yaşlı kişi özünü hündürmərtəbəli binadan ataraq ölüb
Hadisə
5 İyun , 2017 14:28
Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib

Göygöl. 5 iyun. REPORT.AZ/ Göygöl rayon sakini Rusiya Federasiyasının Moskva şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 

Məlumata görə, Rusiya Federasiyasına işləməyə gedən A.Məmmədovun ailə problemləri olub. A.Məmmədov intihar edən zaman onun bacısı da yanında olub. O, pəncərəyə çıxıb özünü atmaq istədiyi an bacısı onu saxlamağa çalışsa da buna nail ola bilməyib. 

Hadisə yerində keçinən A.Məmmədovun meyiti tibbi ekspertizadan sonra yaxınlarına verilib.

Son xəbərlər

Orphus sistemi