Mingəçevirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var

Mingəçevirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var Mingəçevir. 3 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol qəzası baş verib.
Hadisə
3 İyul , 2018 21:44
Mingəçevirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var

Mingəçevir. 3 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-21099” markalı avtomobil toqquşub. 

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” tanınmaz hala düşüb. Minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Şəki rayon sakini Qurbanov Cavad İntiqam oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi