Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın olub Mingəçevir şəhərində yaşayış binasında yanğın hadisəsi olub.
Hadisə
23 İyun , 2021 16:53
Mingəçevirdə yaşayış binasında yanğın olub
0 : 00
0 : 00

Mingəçevir şəhərində yaşayış binasında yanğın hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 32 ünvanında qeydə alınıb.

Belə ki, beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi