Mingəçevirdə "VAZ-2107" elektrik dirəyinə çırpılıb: xəsarət alanlar var

Mingəçevirdə "VAZ-2107" elektrik dirəyinə çırpılıb: xəsarət alanlar var Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
Hadisə
3 Sentyabr , 2017 01:34
Mingəçevirdə VAZ-2107 elektrik dirəyinə çırpılıb: xəsarət alanlar var

Mingəçevir. 3 sentyabr. REPORT.AZ/ Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə N. Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən avtomobil elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Ağdaş rayon sakini Rəşad Xasıyev və 1989-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Röyal Atakişiyev ağır xəsarət alıblar.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi