Mingəçevirdə müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib

Mingəçevirdə müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib Mingəçevir. 29 may. REPORT.AZ/ Mingəçevir şəhərində mübahisə zəminində bir nəfər xəsarət alıb.
Hadisə
30 May , 2018 01:40
Mingəçevirdə müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib

Mingəçevir. 29 may. REPORT.AZ/ Mingəçevir şəhərində mübahisə zəminində bir nəfər xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, dərzi sexində işləyən 1987-ci il təvəllüdlü şəhər sakini Mahmudov İsmayıl Məmməd oğlu hazırda şəxsiyyəti məlum olmayan müştəri ilə mübahisə zəminində baş nahiyəsindən kəsici alətlə ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun baş nahiyəsinin ənsə hissəsində xeyli ölçüdə kəsilmiş-deşilmiş yaralar aşkar olunub. İlkin məlumata görə, İsmayıl Məmmədovun başına qayçı ilə xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi