Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Dekabr , 2018 13:03
Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Mingəçevir. 18 dekabr. REPORT.AZ/ Mingəçevirdə mənzildə meyiti tapılam şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, həmin mənzildə tək yaşayan 1966-cı il təvəllüdlü Elşən Zülfiqar oğlu Əhmədovdan üç gündür xəbər alına bilməyib, hətta telefonuna da zəng çatmayıb. Bundan sonra qonşular Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar qapının kilidini sındıraraq mənzilə daxil olduqları zaman ev sahibini ölü vəziyyətdə aşkar ediblər.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 11:5

Mingəçevir. 18 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 7, mənzil 50 ünvanında qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan şəxsin tək yaşadığı məlum olub. 

Hadisə yerinə hüquq-muhafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi