Mingəçevirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Hadisə
  • 11 yanvar, 2019
  • 05:57
Mingəçevirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - FOTO - YENİLƏNİB
Report

Mingəçevir. 11 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində orta məktəbədə baş verən yanğın zamanı məktəbin şagird və pedoqoji kollektivi, texniki işçilər binadan təxliyyə olunub. 

"Report"un yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmasada tüsütüdən zəhərlənmə halları baş verib. 

Belə ki, hadisə yerinə cəlb olunan Təcili Tibii Yardım Stansiyasının həkim briqadası hadisə yerində tüstüdən zəhərlənən şagirdlərə ilkin tibbi yardım göstərilib.

Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunublar. Narahatlıq keçirən şagirdlər evə buraxılıb.

Hadisə yerinə FHN-nin üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


*** 9:12

Mingəçevir. 11 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı elektrik şitində qısaqapanma nəticəsində baş verib.

Məlumata görə, dərs vaxtı məktəbin dəhlizindən başlayan yanğın qısa müddət ərzində genişlənib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.