Yuxarı
    Bağlamaq

    Mingəçevirdə iki maşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

    Yaralıların vəziyyəti sabitdir© Foto: Report.az

    Bakı. 22 iyun. REPORT.AZ/ Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şirvan bürosu xəbər verir ki, qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

    Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.

    Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi