Mingəçevir. 5 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” Şirvan bürosunun verdiyi məlumata görə, "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1977-ci il təvəllüdülü Elnur Hüseynalı oğlu Allahverdiyevə hadisə yerində təcili yardım maşınında ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.