Mingəçevirdə evinin damından yıxılan usta ölüb - YENİLƏNİB

Mingəçevirdə evinin damından yıxılan usta ölüb - YENİLƏNİB Mingəçevir. 28 may. REPORT.AZ/ Mingəçevirdə evinin damından yıxılan usta ölüb.
Hadisə
28 May , 2018 15:42
Mingəçevirdə evinin damından yıxılan usta ölüb - YENİLƏNİB

Mingəçevir. 28 may. REPORT.AZ/ Mingəçevirdə evinin damından yıxılan usta ölüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Allahverdiyev döngəsi 5 ünvanında baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü şəhər sakini Bəkirov Hidayət Məhəmməd oğlu yaşadığı evin damında təmir apararkən müvazinəti itirərək yerə yıxılıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən şəxsin meyiti şəhər morquna aparılıb.

Faktla bağlı araşdırma aparlılır.

Son xəbərlər

Orphus sistemi