Yuxarı

​Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb

Hadisə Elçin Məsimov qoyun otaran zaman baş verib

Bakı. 29 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində qoyun otaran gənc oğlana canavar hücum edib.

"Report" xəbər verir ki, nəticədə şəhərin Turbaza adlanan ərazisində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1992-ci il təvəllüdlü Məsimov Elçin Xəlil oğlu ağır bədən xəsarətləri alıb.

Həkimlər xəstəxanaya yerləşdirilən gəncin vəziyyətini ağır qiymətləndirirlər.

Məlumata görə, Elçin Məsimov baş nahiyəsindən xəsarət alıb. Canavar eyni zamanda 4 qoyunu parçalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi