Fazil Mustafanın həyati təhlükəsi yoxdur - YENİLƏNİB

Fazil Mustafanın həyati təhlükəsi yoxdur - YENİLƏNİB Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.
Hadisə
28 Mart , 2023 22:47
Fazil Mustafanın həyati təhlükəsi yoxdur - YENİLƏNİB
Fazil Mustafa

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın həyati təhlükəsi yoxdur.

“Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alan deputatın vəziyyəti qənaətbəxşdir.

22:28

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi