İranla sərhəddə meyiti tapılan Lerik sakininin qar uçqunu altında qalaraq öldüyü məlum olub

İranla sərhəddə meyiti tapılan Lerik sakininin qar uçqunu altında qalaraq öldüyü məlum olub Ötən gün Lerik rayonu ərazisində meyiti tapılan İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun qar uçqunu altında qalaraq öldüyü məlum olub.
Hadisə
20 May , 2019 15:47
İranla sərhəddə meyiti tapılan Lerik sakininin qar uçqunu altında qalaraq öldüyü məlum olub

Ötən gün Lerik rayonu ərazisində meyiti tapılan İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun qar uçqunu altında qalaraq öldüyü məlum olub.

"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, dörd ay əvvəl itkin düşən şəxsin meyitinin tapıldığı yerin yaxınlığında sellofan torbada narkotik vasitə aşkar olunub.

Qeyd edək ki, fevral ayında itkin düşən A.İsmayılovun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi