İranla sərhəd yaxınlığında meyit tapılıb

İranla sərhəd yaxınlığında meyit tapılıb Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.
Hadisə
19 May , 2019 18:00
İranla sərhəd yaxınlığında meyit tapılıb
"Report"

Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.

"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub.

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi