Yuxarı

Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yaşayış binalarının həyətyanı sahəsində ağaclıq yanır - FOTO

Yanğınsöndürənlər yanğının söndürülməsinə və yaşayış binalarına keçməsinin qarşısını almağa çalışırlar

Bakı. 22 iyun. REPORT.AZ/ Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında, İlqar Zülfüqarov küçəsi, 136-148 ünvanında yerləşən yaşayış binalarının həyətyanı sahəsindəki ağaclıqda yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğınsöndürənlər alovun söndürülməsinə və yaşayış binalarına keçməsinin qarşısını almağa çalışırlar. 

Yanğının həyətyanı sahədəki saralmış otların yanması nəticəsində baş verdiyi bildirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi