Metroda sərnişin özünü qatarın altına atdı - FOTO

Metroda sərnişin özünü qatarın altına atdı - FOTO “Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.
Hadisə
5529
7 Fevral , 2020 21:12
Metroda sərnişin özünü qatarın altına atdı - FOTO

Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.

"Report" xəbər verir ki, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb. 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır. 

"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xətdə 10 dəqiqəlik yubanma olub", - deyə o bildirib.

Qeyd edək ki, özünü qatarın altına atmış şəxs 1988-ci il təvəllüdlü Tural Şükürovdur. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. T.Şükürova kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi