“Met-Ak” şirkəti 3 min manat cərimələnib

“Met-Ak” şirkəti 3 min manat cərimələnib “Met-Ak” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edilib.
Hadisə
2967
24 Sentyabr , 2020 15:15
“Met-Ak” şirkəti 3 min manat cərimələnib
0 : 00
0 : 00

“Met-Ak” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edilib.

“Report”un əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi protokol baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Şirkətə protokol kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən yazılıb. 

Bu inzibati xətaya görə, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, 1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “Met-Ak” şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar hazırlayır. 

Son xəbərlər

Orphus sistemi