"Meşə qardaşları"nın daha bir üzvünə hökm oxunub

"Meşə qardaşları"nın daha bir üzvünə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
3 May , 2019 17:05
Meşə qardaşlarının daha bir üzvünə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub.

O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb.

Son xəbərlər

Orphus sistemi