Bakıda mənzildən 15 min manat, 15 min dollar və 40 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 15 min manat, 15 min dollar və 40 min manatlıq qızıl oğurlanıb Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb.
Hadisə
19 İyun , 2019 11:21
Bakıda mənzildən 15 min manat, 15 min dollar və 40 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi