Yuxarı

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri ilə bağlı qərar elan olunub

​Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri ilə

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun barəsində olan cəza növünün dəyişdirilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Sultanovun apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, 17 saylı cəza çəkmə müəssisəsində saxlanılan R.Sultanov barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsini barədə ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Daha sonra R.Sultanov apellyasiya şikayəti verib.

İttiham aktına əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində R.Sultanov 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi