Yuxarı
    Bağlamaq

    Məhkəmədə məktəb direktoru zərərçəkmiş qismində tanınıb

    Məhkəmənin növbəti iclası dekbarın 17-nə təyin edilib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    "Report"un xəbərinə görə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra iş üzrə şahid qismində tanınan 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova vəsatətlə çıxış edib.

    O, məhkəmədən zərərçəkmiş kimi tanınmasını istəyib.

    Məhkəmə vəsatəti təmin edib, N.Məmmədova cinayət işində zərərçəkmiş kimi tanınıb.

    Təqsirləndirilən R.Sultanov qeyd edib ki, cinayət işi birinci istansiya məhkəməsinə və ordan da ibtidai istintaqa qaytarılmalıdır. O söyləyib ki, N.Məmmədovanı nə istintaq, nə də birinci instansiya məhkəməsi zərərçəkmiş kimi tanımayıb: "Direktor həm istintaq dövründə, həm də məhkəmə dövründə şahid kimi dindirilib və zərərçəkmiş kimi bəzi hüquqlarından məhrum edilib. Bu səbəbdən işin geri qaytarılması vacibdir”.

    Vəsatət təmin olunmayıb.

    R.Sultanov isə etiraz edərək söyləyib ki, gələn prosesdən məhkəməyə gəlməyəcək: "İşi mənsiz işi apararsınız”.

    Məhkəmənin növbəti iclası dekbarın 17-nə təyin edilib.

    İttiham aktına əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində R.Sultanov 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi