Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib

Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib Məhkəmə təqdimatı təmin edib
Hadisə
25 Avqust , 2017 16:43
Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un məlumatına görə, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Əliyev ötən gün Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Daha sonra M.Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib. O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.

Bu gün isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi