Məhkəmə Məleykə Əsədovanın Ramiz Məlikə qarşı iddiasını təmin etməyib

Məhkəmə Məleykə Əsədovanın Ramiz Məlikə qarşı iddiasını təmin etməyib Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
8 Yanvar , 2018 12:44
Məhkəmə Məleykə Əsədovanın Ramiz Məlikə qarşı iddiasını təmin etməyib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia təmin edilməyib.

M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək".

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Son xəbərlər

Orphus sistemi