Məhkəmə həyat yoldaşının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxuyub

Məhkəmə həyat yoldaşının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxuyub Bakı. 18 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Mayis Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 May , 2018 12:35
Məhkəmə həyat yoldaşının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxuyub

Bakı. 18 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Mayis Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Həsənov həyat yoldaşı Güldəstə Ağayeva ilə mübahisə etdikdən sonra maşından benzin götürüb evə qayıdıb. O, benzini qaz sobasında yemək bişirən həyat yoldaşının üzərinə töküb. G.Ağayevanın üz nahiyəsi yanıb. Benzinin bir hissəsi yerə və öz üzərinə töküldüyündən o da müəyyən qədər yanıb.

M.Həsənov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi