Məhkəmə Hakan Şükürün barəsində məcburi gətirilmə qərarı çıxarıb

Məhkəmə Hakan Şükürün barəsində məcburi gətirilmə qərarı çıxarıb Onun "Twitter" səhifəsində bir nəfəri təhqir etdiyi üçün 2 il 4 aya qədər həbs cəzası tələbi ilə mühakimə olunmasına başlanılıb
Hadisə
26 Yanvar , 2017 20:15
Məhkəmə Hakan Şükürün barəsində məcburi gətirilmə qərarı çıxarıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyədə ötən il iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu Hakan Şükürün "Twitter" səhifəsində bir nəfəri təhqir etdiyi üçün 2 il 4 aya qədər həbs cəzası tələbi ilə mühakimə olunmasına başlanılıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Anadolu 33-cü Cəza Məhkəməsində keçirilən iclasda sabiq futbolçunun vəkili ilə şikayətçi İsmayıl Loya iştirak ediblər.

İ.Loya məhkəmədə ifadə verərkən bildirib ki, H.Şükürün "Twitter" səhifəsində paylaşdığı yazını görüb: "Hər kəsin gördüyü şəkildə yazının altına şərh yazdım. Buna görə özü mənə xüsusi olaraq mesaj göndərib. Bu mesajda məni təhqir edib".

Məhkəmə H.Şükürün prosesə gəlmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses təxirə salınıb.

Qeyd edək ki, Anadolu Cumhuriyyət Baş Prokurorluğunda hazırlanan iddianamədə İ.Loyanın 2015-ci il noyabrın 24-də "Twitter"də H.Şükür adlı istifadəçinin Atatürklə əlaqədar yazı paylaşmasını görüb və buna şərh yazıb. Bundan sonra H.Şükür İ.Loyana qarşı təhqiramiz sözlər, onun qürur, şərəf və ləyaqətini təhqir edəcək şəkildə mesaj yazması təqsirli bilinib.

İddianamədə göstərilib ki, H.Şükür bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün "Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir" iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.

Xatırladaq ki, bundan əvvəl, avqustun 16-da FETÖ ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb. Ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.

Son xəbərlər

Orphus sistemi