Məhkəmə “Akkord”un apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Akkord”un apellyasiya şikayətini təmin etməyib ASC pul barədə tələb irəli sürüb
Hadisə
9 Noyabr , 2017 16:09
Məhkəmə “Akkord”un apellyasiya şikayətini təmin etməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Viktoriya-313” MTK-ya qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Vidadi Məmmədovun səıdrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Viktoriya-313” MTK-nı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb.

İddia olunan pul vəsaitinin məbləği açıqlanmır.

Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verib.

Xatırladaq ki, “Viktoriya-313” MTK-nın sahiblərindən biri olmuş Arzuman Əliyev hazırda həbsdədir. O, dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi