Mebel şirkətinin 108 min manat pulunu mənimsəməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Mebel şirkətinin 108 min manat pulunu mənimsəməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
1 Noyabr , 2018 11:37
Mebel şirkətinin 108 min manat pulunu mənimsəməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Rəhmanova "Modern" mebel şirkətində satış meneceri işləyərkən oranın 108 min manat pulunu mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Ə.Rəhmanovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Son xəbərlər

Orphus sistemi