Yuxarı

Bakıda mebel salonunun qarşısında bıçaqlanma olub

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Report"a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, rayonun İmadəddin Nəsimi küçəsində yerləşən "İnterturan" mebel salonunun qarşısında 27 yaşlı Namiq Qasımov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinə və 25-ci Polis Bölməsinə məlumat verilib.

Polislər N.Qasımovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi