Masallıda yol qəzasında polis leytenantı ölüb - YENİLƏNİ-2

Masallıda yol qəzasında polis leytenantı ölüb - YENİLƏNİ-2 Masallı rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin polsi leytenantı olduğu müəyyən edilib.
Hadisə
17 Sentyabr , 2019 13:28
Masallıda yol qəzasında polis leytenantı ölüb - YENİLƏNİ-2

Masallı rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin polsi leytenantı olduğu müəyyən edilib.

"Report"un yerli bürosunun məlumatına görə, Bakı şəhəri sakini, 1986-cı il təvəllüdlü, polis leytenantı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KAMaz" markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə  ağır bədən xəsarətləri alan "VAZ 2107"nin sürücüsü M.Əhmədov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra xəstəxanada ölüb

Faktla bağlı araşdırma aparılır.


*** 12:48

Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra xəstəxanada ölüb. İlkin məlumata görə, ölən şəxsin Bakı şəhər sakinidir. 

Hadisə şahidlərinin bildirdiyinə görə, ölən şəxsin avtomobilində polis leytenantına məxsus geyimin olduğu və bu səbəbdən onun polis əməkdaşı olduğu güman olunur.


*** 11:39

Masallı rayonunda yol qəzası olub.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ 2107" markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil "KAMaz" markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan, "VAZ"ın sürcüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi