Masallıda gənc yol qəzasında ağır xəsarət aldı

Masallıda gənc yol qəzasında ağır xəsarət aldı Masallıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Avqust , 2020 00:54
Masallıda gənc yol qəzasında ağır xəsarət aldı

Masallıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Ərkivan kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Mikayılov Elvir Muskayıl oğlu idarə etdiyi motosikleti avtomobilə çırpıb. Nəticədə o, hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi