Masallıda uşaq bağçasından oğurluq edilib - FOTO

Masallıda uşaq bağçasından oğurluq edilib - FOTO Saxlanılan şəxsin üzərindən narkotik vasitə aşkarlanıb
Hadisə
19 Fevral , 2016 11:16
Masallıda uşaq bağçasından oğurluq edilib - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ Masallıda uşaq bağçasından oğurluq edilib. "Report"un məlumatına görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakini Ağayev Tofiq Yavər oğlu oğurluqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan şəxs rayonun İsgəndərli kəndi ərazisində yeni inşa edilən uşaq bağçasından su qızdırıcı sistem üçün istifadə olunan, ümumi dəyəri 3 600 manat dəyərində olan əmlakı talamaqda təqsirli bilinir.

Saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar olunub. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi