Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı

Hadisə
  • 13 mart, 2020
  • 08:17
Masallıda mağazaya basqın edilib 11 min manat aparıldı
istock

Masallıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

44 filmi