Masallıda kafe yanıb

Hadisə
  • 13 iyun, 2023
  • 13:09
Masallıda kafe yanıb

Masallı şəhərində ümumi sahəsi 120 m² olan dəmir konstruksiyadan ibarət kafenin taxtadan ibarət üzlüyü 60 m² sahədə yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.