Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb

Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
Hadisə
29 Sentyabr , 2022 05:31
Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

''Report''un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi