Masallıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2-si yaralanıb
Hadisə
- 16 avqust, 2017
- 15:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Masallı. 16 avqust. REPORT.AZ/ Masallı rayonunda ağır yol qəzası baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonundan yas mərasimindən qayıdan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov hadisə yerində ölüblər.
Avtomobilin sürücüsü və digər sərnişin Zamiq Rafiq oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr