Yuxarı

Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO - YENİLƏNİB

Masallıda ​11 gün əvvəl toyu olan şəxs çayda boğulub

Masallı rayonunda istirahət mərkəzində çayda çimərkən boğulan gənc oğlanın şəxsiyyəti məlum olub. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.


*** 18:23

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan çayda çimərkən boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi