Masallı sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB

Hadisə
  • 12 aprel, 2019
  • 20:49
Masallı sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB

Masallı rayonunda odlu silahdan açılan atəş nəticəsində güllə yarası alan şəxsin adı məlum olub.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, rayonun Köhnə Alvadı kənd sakini, 1985-ci il təvəllüdlü İbişov Rafael Valeh oğlu odlu silahla ehtiyatsız davranaraq, özünə atəş açıb.

Döş qəfəsindən yaralanan R.İbişov Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, cərrahi əməliyyat olunub. Hazırda Reanimasiya şöbəsinə köçürülən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 21:39

Masallı rayonunda silahlı insident olub.

"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində baş verib .

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı şəxs "təcili yardım" avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.