Sultan Süleyman və Roksalana məscidi Mariupola hücum nəticəsində dağıdılıb

Sultan Süleyman və Roksalana məscidi Mariupola hücum nəticəsində dağıdılıb Ukraynanın Mariupol şəhərində Rusiya silahlı qüvvələrinin şiddətli artilleriya hücumu nəticəsində Sultan Süleyman və Roksalananın adını daşıyan məscid dağıdılıb.
Hadisə
11 Mart , 2022 17:15
Sultan Süleyman və Roksalana məscidi Mariupola hücum nəticəsində dağıdılıb

Ukraynanın Mariupol şəhərində Rusiya silahlı qüvvələrinin şiddətli artilleriya hücumu nəticəsində Sultan Süleyman və Roksalananın adını daşıyan məscid dağıdılıb.

“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, həmin ərazidə yerli sakinlər və azərbaycanlılarla yanaşı, 85 Türkiyə vətəndaşı da mühasirəyə düşüb. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova da hazırda həmin şəhərdə mühasirədədir.

Qeyd edək ki, Mariupolda 15 oktyabr 2007-ci ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Sultan Süleyman və Roksolananın şərəfinə Mariupol məscidi və eyni adlı İslam Mədəniyyət Mərkəzinin açılışı olmuşdu. Məscid Mariupolun mərkəzi bazarının direktoru Salix Cihanın və şəhərin Azərbaycan icmasının digər üzvlərinin maliyyəsi ilə inşa olunmuşdu.

Son xəbərlər

Orphus sistemi