Bakıda mağazaya basqın edən qrup üzvlərinin apellyasiya şikayəti təmin edilməyib

Bakıda mağazaya basqın edən qrup üzvlərinin apellyasiya şikayəti təmin edilməyib Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Fevral , 2019 10:04
Bakıda mağazaya basqın edən qrup üzvlərinin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə Turan Mirzəzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2018-ci il avqustun 9-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib. R.Bəşirzadə və T.Mirzəzadə həmin mağazaya gələrək mağaza sahibi Əkbər Hacıyevi yumruqla vurub, kassadakı 1000 manat pulu aparıb.

Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Bəşirzadə 9 il 6 ay, T.Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi