Bakıda mağazaya basqın edən qrup üzvlərinə hökm oxunub

Bakıda mağazaya basqın edən qrup üzvlərinə hökm oxunub Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
14 Dekabr , 2018 15:32
Bakıda mağazaya basqın edən qrup üzvlərinə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Bəşirzadə 9 il 6 ay və T.Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 9-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib. R.Bəşirzadə və T.Mirzəzadə həmin mağazaya gələrək mağaza sahibi Əkbər Hacıyevi yumruqla vurub, kassadakı 1000 manat pulu aparıb.

Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi