Mağaza işçisinin əl çantası oğurlandı
Hadisə
- 25 iyul, 2020
- 05:34
Bakıda mağazada oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 24-ü saat 09:00 radələrində Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.
Belə ki, naməlum şəxslər həmin mağazada işləyən 1956-cı il təvəllüdlü S.Muradovun içərisində 550 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan əl çantası və mobil telefonunu kassasının yanından oğurlayıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinənlər - 1994-cü il təvəllüdlü Hüseyn Şahbazlı və 1992-ci il təvəllüdlü İbrahim Hüseynli müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
17:51
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB
Hadisə17:51
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib
Fərdi17:39
Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib
Digər ölkələr17:39
Bilgəhdə 2 nəfər dənizdə batıb
Hadisə17:29
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Hadisə17:12
Foto
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İnfrastruktur17:01
Foto
Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət17:00
Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Sənaye16:59