Macarıstanın səfiri Lənkəranda olub

Macarıstanın səfiri Lənkəranda olub Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkeni Lənkəran şəhərində tanışlıq səfərində olub.
Hadisə
16 Dekabr , 2019 16:45
Macarıstanın səfiri Lənkəranda olub

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkeni Lənkəran şəhərində tanışlıq səfərində olub. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səfiri qəbul edib. 

Qəbul zamanı səfirə Lənkəranın tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə geniş məlumat verilib, rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrinin, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişafı ilə bağlı görülən tədbirlər diqqətinə çatdırılıb. 

Səmimi qəbula görə T.Qaraşova təşəkkürünü bildirən səfir Macarıstan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını bildirərək bu əlaqələrin daha da möhkəmlənməsindən ötrü əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. 

V.Sederkeni qeyd edib ki, Azərbaycanın müxtəlif istiqamətli nəqliyyat dəhlizləri üzərində yerləşməsi bu ölkə ilə əlaqələrin qurulmasına böyük imkanlar yaradır. Macarıstanın Azərbaycanla qarşılıqlı anlaşmaya əsaslanan dostluq və qardaşlıq əlaqələri olduğunu söyləyən səfir gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə həmçinin yaxın gələcəkdə Lənkəranın Macarıstanın bir şəhəri ilə qardaşlıq əlaqələrinin qurulması barədə fikir mübadiləsi də aparılıb. Həmin gün səfir Heydər Əliyev Xatirə parkına, Xan Evində yerləşən tarix-diyarşünaslıq müzeyinə baş çəkib, Lənkəran Dövlət Universitetində rektorla və bir qrup tələbə ilə görüşüb, “Green East” təsərrüfatının çəltik zavodunda emal prosesinə baxıb, “Yaşıl çay” fermer təsərrüfatının plantasiyaları, Çay müzeyi və Hallobonq sitrus bağı ilə tanış olub. 

Son xəbərlər

Orphus sistemi