Yuxarı

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - YENİLƏNİB - FOTO - VİDEO

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - YENİLƏNİB - FOTO - VİDEO
Alimin nəşi bu gün dəfn ediləcək
© "Report"

Video əlavə olunub


*** 02:46

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə gətirilib.

"Report" xəbər verir ki, bu gün saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. 

Alimin nəşi bu gün dəfn ediləcək.


***02:08

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.

"Report" xəbər verir ki, alimin Azərbaycanda dəfn olunması arzusuna müvafiq olaraq, onun nəşi Vətənə gətirilib.

Qeyd edək ki, bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılıb. Bu gün saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq.

Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi sentyabrın 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi