“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır

“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib
Hadisə
14 Dekabr , 2018 15:14
“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Mehman Abbasov və Vitaliy Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şəlalə Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il sentyabrın 18-i saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi rayon Polis idarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıblar.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi